Nəsiminin “Hüseyni” təxəllüsü ilə yazdığı şeirləri tapılıb

  21 Yanvar 2019    Oxunub : 2078
 Nəsiminin “Hüseyni” təxəllüsü ilə yazdığı şeirləri tapılıb
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov böyük Azərbaycan şairi İmadəddin Nəsiminin ”Divan”ının - lirik şeirlər toplusunun Ankaranın Milli Kitabxanasında saxlanılan iki əlyazma nüsxəsinin sürətini əldə edib.
İnstitutdan Azvision.az -a bildirilib ki, bu nüsxələrdə şairin “Hüseyni” təxəllüsü ilə yazdığı şeirləri aşkar edilib. 105 vərəqdən ibarət birinci əlyazmanın başlığı “Divani-Həzrət Seyyid-Nəsimi” kimi getsə də, buradakı şeirlərin çoxu “Hüseyni” təxəllüsü ilə yazılıb.

124 vərəqdən ibarət ikinci əlyazmada şairin həm “Nəsimi”, həm də “Hüseyni” təxəllüsü ilə yazdığı şeirləri vardır.



Azvision.az

Teqlər: AMEA   Nəsimi