Usta işlədiyi evdən 5700 dollar oğurladı

Usta işlədiyi evdən 5700 dollar oğurladı
  21 Yanvar 2019    Oxunub:2501
Bakıda evdən külli miqdarda pul oğurlanıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən xəbərə görə, Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-də rayon ərazisindəki evlərin birindəki seyfdən 5700 ABŞ dolları oğurlamaqda şübhəli bilinən, həmin evdə usta işləmiş Bakı şəhər sakini Elnur Nağıyev saxlanılıb.

Azvision.az



Teqlər: DİN   Oğurluq  



Xəbər lenti