Balakəndə yanğın baş verib

Balakəndə yanğın baş verib
  19 Yanvar 2019    Oxunub:1967
Balakən rayonunun İtitala kəndində yanğın hadisəsi qeydə alınıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 150 m² olan birmərtəbəli taxta konstruksiyalardan ibarət 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 110 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti