Sumqayıtda 11 nəfər dəm qazından zəhərlənib

  Sumqayıtda 11 nəfər dəm qazından zəhərlənib
  18 Yanvar 2019    Oxunub:3254
Sumqayıt şəhərində son 2 gün ərzində 11 nəfər dəm qazından zəhərlənib.
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, ötən gün 7 nəfər, bu gün isə 4 nəfər dəm qazı zəhərlənməsi ilə Sumqayıt Şəhər Təcili Yardım Xəstəxanasına gətirilib.

"7 nəfərdən biri Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə göndərilib, digərlərinə yardım göstərilib, evə buraxılıb. 4 nəfərin isə 2-si artıq evə buraxılıb. Digər 2 nəfər 1 saat ərzində evə yazılacaq".

Aytən Zəhra
Azvision.az



Teqlər: Sumqayıt   Dəm-qazı   Səhiyyə-Nazirliyi  





Xəbər lenti