36 yaşlı Ceyhunun sizin köməyinizə ehtiyacı var

36 yaşlı Ceyhunun sizin köməyinizə ehtiyacı var
  18 Yanvar 2019    Oxunub:2565
36 yaşlı Ceyhun Kazımov ailəlidir və iki uşaq atasıdır. Son dövrlərə qədər şiddətli ağrı, yüksək təzyiq və daimi dializ prosedurlarına baxmayaraq, ailəsini dolandıran Ceyhunun böyrək çatışmazlığı dözülməz ağrılara səbəb olduğundan üç ay öncə işi tərk etmək məcburiyyətində qalıb.
Ceyhun Kazımov AzVision.az -a ünvanladığı müraciətində bildirib ki, vəziyyəti kritikdir və yardıma ehtiyacı var.

Onun sözlərinə görə, ağciyərlərinə su toplanmağa başlayıb və bu da qanda toksinlərin miqdarını artırıb: “Həqiqətən əziyyət çəkirəm. Çünki indi işləyə bilmirəm. Özüm üçün deyil, ailəm üçün qorxuram. Əgər olmasam, nə edəcəklər? Bədənim dəhşət zəifləyib, halsızlıq hiss edirəm. Dializ prosedurları vəziyyətimi bir qədər normallaşdırır. Ancaq böyrək nəqli qaçılmazdır. Həkimlər də təcili əməliyyat barəsində israr edirlər. Amma buna pul lazımdır. İndi mən işləmirəm. Əlbəttə, yoldaşlarımız, müdirim bizə kömək edir. Amma əməliyyat 15 min manatadır. Ailəm üçün bu məbləğ çox böyükdür. Odur ki, yardıma ehtiyacım var”.

Ceyhun qeyd edir ki, donoru həyat yoldaşıdır: “Bu qadın mənə iki gözəl uşaq verdi, mənə bir ailə, sevgi verdi və indi həyatımı qurtarmaq üçün bir hissəsini qurban etməyə hazırdır. Mən özüm də belə bir qurban verməsinə qarşıyam, amma başqa variant yoxdur. Çünki donora ödəyəcək pulumuz yoxdur. Həyat yoldaşım məni sadəcə bir arqumentlə razı sala bildi. O, dedi ki, "Biz sənsiz nə edəcəyik?, Necə yaşayacağıq? Uşaqların sənə ehtiyacı var. Bir böyrək ilə yaşamaq mümkündür”. Həyat yoldaşımla qürur duyuram və ona çox minnətdaram. Buna görə də sizdən böyrək nəqli əməliyyatı üçün mənə yardım etməyinizi xahiş edirəm. Həyatımı qurtarmağa kömək edin. Mən həyat yoldaşım və uşaqlarıma lazımam. Həmyerlilərimdən xahiş edirəm mənə kömək etsinlər. Gömrük Hospitalında aparılacaq transplant əməliyyatına maneə olan yalnız puldur.

Bütün qayğıkeş, xeyirxah insanlardan Ceyhun Kazımova kömək etmələrini xahiş edirik.

Əlaqə məlumatı: (055) 667-53-87, (050) 560-84-14 (Ceyhun)








Azvision.az


Teqlər: Xəstə   Əməliyyat  





Xəbər lenti