340 qram civəni 32 minə satmaq istədi

  17 Yanvar 2019    Oxunub : 1066
340 qram civəni 32 minə satmaq istədi
Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Giləzi qəsəbəsində satış məqsədi ilə üzərində qanunla dövriyyəsi qadağan olunmuş zəhərli maddə gəzdirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, araşdırmalarla onun Bakı şəhər sakini Elçin Bayramov olduğu müəyyən edilib. Saxlanılan zaman E.Bayramovun üzərinə baxış zamanı, ondan qanunla dövriyyəsi qadağan edilərək zəhərli maddələr siyahısına daxil olan 340 qram metallik civə aşkar edilib.

Dindirilmə zamanı saxlanılan şəxs civənin ona məxsus olduğunu və 32 min manata satmaq niyyəti ilə Siyəzən rayonuna aparmaq istədiyini bildirib. Faktla bağlı Xızı RPŞ-nin İstintaq Qrupunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Azvision.az

Teqlər: DİN   Civə