Gömrük Komitəsi ötən il büdcəyə 3,5 milyard köçürüb

Gömrük Komitəsi ötən il büdcəyə 3,5 milyard köçürüb
  17 Yanvar 2019    Oxunub:1787
2018-ci ildə Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 3 milyard 434 milyon 62 min manat təşkil edib.
Komitədən Azvision.az -a bildirilib ki, il ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 883 milyon 150 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 2 milyard 340 milyon 784 min manat, aksizlər üzrə 169 milyon 964 min manat, yol vergisi üzrə isə 40 milyon 161 min manat olub.

Azvision.az



Teqlər: DGK   Büdcə  





Xəbər lenti