Avtomobillərdən oğurluq edən saxlanılıb

Avtomobillərdən oğurluq edən saxlanılıb
  17 Yanvar 2019    Oxunub:2471
Nəsimi rayonu ərazisində avtomobillərdən oğurluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi və Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ayrı-ayrı vaxtlarda 3 avtomobildən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş Ramiz Məmmədov saxlanılıb. ​Araşdırma aparılır.


Azvision.az


Teqlər:



Xəbər lenti