Ələtdə yükqaldırma əməliyyatları dayandırılıb

Ələtdə yükqaldırma əməliyyatları dayandırılıb
  17 Yanvar 2019    Oxunub:1916
Bakıda və Abşeron yarımadasında havanın kəskin dəyişməsi ilə əlaqədar Ələt qəsəbəsində yerləşən yeni Bakı limanında hazırda saniyədə 22-25 metr, Bakı şəhərində yerləşən Əsas yük terminalında isə saniyədə 17 metr sürətlə şimal-şərq küləyi əsir.
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-dən Azvision.az -a verilən məlumata əsasən günün ikinci yarısında küləyin sürətinin saniyədə 30-35 metr olacağı gözlənilir.

Əmək təhlükəsizliyi qaydalarına əsasən Ələt qəsəbəsində yerləşən yeni Bakı limanında və Bakı şəhərində yerləşən Əsas yük terminalında yükqaldırma əməliyyatları müvəqqəti olaraq dayandırılıb.

Azvision.az



Teqlər: Ələt   Liman  





Xəbər lenti