Əflatun Amaşov: “Kitabların oxunması məcburiləşdirilməlidir”

  17 Yanvar 2019    Oxunub : 1190
 Əflatun Amaşov: “Kitabların oxunması məcburiləşdirilməlidir”
“Kitab məsələsi çox vacibdir. Orta məktəblərdən başlayaraq kitabların oxunması məcburiləşdirilməlidir. Belə olan halda effektini görə bilərik”

Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Deputat kitabların qiymətinin baha olduğunu qeyd edib: “Kitabların qiyməti çox bahadır. Bu, əsasən xaricdən Azərbaycana gətirilən kitablara aiddir. İl ərzində ölkəyə 200 minə yaxın kitab gətirilir. Burada 18 faiz əlavə dəyər vergisi (ƏDV), 7-8 faiz gömrük və digər xərclər kitabı 60-70 faiz bahalaşdırır. Hesab edirəm ki, xaricdən gətirilən kitablar əlavə dəyər vergisindən azad edilməlidir. Kitabın dəyəri çox böyükdür. Çap məhsulları, əsasən elmi jurnallar da vergidən azad olunmalıdır”.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Əflatun-Amaşov