Bakıda yanğın, 4 nəfər təxliyə edilib

  17 Yanvar 2019    Oxunub : 909
Bakıda yanğın, 4 nəfər təxliyə edilib
Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 62 m² olan 3 otaqlı mənzilin mətbəxində 8 m² sahədə mebel və 3 ədəd məişət avadanlığı yanıb
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın zamanı mənzildən 4 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Yanğın   FHN   Bakı