Azyaşlılara siqaret satan 4 nəfər cərimələndi

Azyaşlılara siqaret satan 4 nəfər cərimələndi
  16 Yanvar 2019    Oxunub:1694
Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində daxil işlər orqanları tərəfindən tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, yanvarın 16-da Samux Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində növbəti reyd keçiriblər.

Reydlər nəticəsində rayon ərazisində yerləşən mağazalarda satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib. Polis əməkdaşları tərəfindən həmin mağazaların 4 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunmuş və hər biri 100 manat cərimə olunublar.
​​Bu istiqamətdə reydlər davam etdirilir.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti