Ötən il Azərbaycanda qaz hasilatı artıb

Ötən il Azərbaycanda qaz hasilatı artıb
  15 Yanvar 2019    Oxunub:1790
Keçən il ölkədə əmtəəlik təbii qaz istehsalı 5,8 faiz artıb.
Dövlət Statistika Komitəsindən Azvision.az -a bildirilib ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ildə 47,7 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 1,5 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin neft sektorunda məhsul istehsalı 0,4 faiz artıb.

Sənaye məhsulunun 73 faizi mədənçıxarma sektorunda, 4,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik qaz hasilatı 5,8 faiz artıb, neft istehsalı isə əvvəlki ilin səviyyəsində qalıb. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 7 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,7 faiz artıb.

Azvision.az


Teqlər: DSK   Qaz  





Xəbər lenti