Ramin Quluzadə qəbul keçirəcək

  15 Yanvar 2019    Oxunub : 1048
Ramin Quluzadə qəbul keçirəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə yanvarın 18-də, saat 11:30-da Xızı şəhərində vətəndaş qəbulu keçirəcək.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, qəbulda Xızı, Abşeron, Qubadlı, Zəngilan, Şuşa rayonlarının və Sumqayıt şəhərinin sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı məsələlərə baxılacaq.

Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

Azvision.az

Teqlər: Nazir   Qəbul