Ağdaşda maşınla vurulan velosipedçi öldü

Ağdaşda maşınla vurulan velosipedçi öldü
  15 Yanvar 2019    Oxunub:1932
Yanvarın 14-də saat 16 radələrində Ağdaş rayonunun Zeynəddin kəndi ərazisində rayon sakini Nəsimi Məsimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında velosiped sürən kənd sakini Məhəmməd Osmanovu vurub.
DİN-dən Azvision.az -a verilən xəbərə görə, nəticədə xəstəxanaya yerləşdirilən velosipedçi orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti