Sosial sığorta haqları üzrə daxilolmalar artıb

Sosial sığorta haqları üzrə daxilolmalar artıb
  15 Yanvar 2019    Oxunub:2318
Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2017-ci illə müqayisədə 279,3 mln. manat və ya 8,3% artaraq 3678,3 mln. manata, o cümlədən sosial sığorta daxilolmaları 246,5 mln. manat və ya 11,8% artaraq 2332,2 mln. manata çatıb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən xəbərə görə, qeyri-büdcə sektorundan sosial sığorta haqlarının toplanmasında da müsbət nəticə əldə edilib. Belə ki, qeyri-büdcə sektoru üzrə daxilolmalarda 152,4 mln. manat və ya 11,4% artım qeydə alınıb və bu istiqamət üzrə proqnozun icrası 106,1% (86 mln. manat və ya 6,1% çox) yerinə yetirilib.

Fərdi uçot sistemində şəxsi hesabların sayı isə 170 min artaraq 3 736 551-ə çatıb.

Azvision.az


Teqlər: ƏƏSMN   Sığorta  





Xəbər lenti