Dələduzluqla 8 min manat və maşın aldı

Dələduzluqla 8 min manat və maşın aldı
  15 Yanvar 2019    Oxunub:2245
Dələduzluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakini F.Bayramlının 8000 manatını və “Hyundai” markalı avtomobilini dələduzluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini Rafiq İsrafilov saxlanılıb.

Səbail RPİ 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən dələduzluq yolu ilə Biləsuvar rayon sakini Davud Abışovun və Bakı şəhər sakini Amil Məmmədovun 2500 manatlarını almaqda şübhəli bilinən Abşeron rayon sakini Əhməd Əhmədov saxlanılıb.

Dələduzluq etdiyinə görə tutulmuş F.Abdullayevanın ətrafında Sabunçu RPİ 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun Maştağa qəsəbə sakini olan bir qadını aldadaraq 300 manatını və 800 manat dəyərində qızıl-zinət əşyalarını alması da müəyyən edilib. Araşdırmalar aparılır.

Azvision.az



Teqlər: DİN   Dələduz  





Xəbər lenti