Şamaxıda maşın ağaca çırpıldı: Ölən və yaralılar var

Şamaxıda maşın ağaca çırpıldı:    Ölən və yaralılar var
  15 Yanvar 2019    Oxunub:2373
Yanvarın 14-də saat 9 radələrində Şamaxı rayonunun Meysəri kəndi ərazisində Qəbələ rayon sakini Dəyanət Zəkəryəyev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən xəbərə görə, nəticədə sərnişinlərindən Pərvanə Rəcəb qızı hadisə yerində ölüb, sürücü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti