Keçmiş məhkumun evindən qumbara tapıldı

  15 Yanvar 2019    Oxunub : 1034
Keçmiş məhkumun evindən qumbara tapıldı
Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Qalib Zərbalıyevdən 3,3 qram marixuana götürülüb.
DİN-in mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun evindən əlavə olaraq 8,1 qram marixuana, 1 ədəd F-1 qumbarası, 3 ədəd patron və 5 ədəd giliz aşkar edilərək götürülüb.

Azvision.az

Teqlər: DİN