Cinayətkar iş başında yaxalandı

Cinayətkar iş başında yaxalandı
  15 Yanvar 2019    Oxunub:2329
Polis əməkdaşlarının çevikliyi və operativliyi sayəsində quldurluq edən şəxs cinayət başında yaxalanıb.
​DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, yanvarın 13-də saat 23 radələrində Səbail rayonu ərazisindəki parkların birində Bakı şəhər sakini Z.Mehdizadəni ülgüclə hədələyib pul və əlindəki fotoaparatı almağa cəhd göstərən şəxs həmin ərazidə xidmət aparan Səbail Rayon Mühafizə İdarəsi və Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.

Polis əməkdaşları tərəfindən onun Sumqayıt şəhər sakini Nicat Həsənli olduğu müəyyən edilib. ​Səbail RPİ-də araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Quldur  





Xəbər lenti