Nazir Xızıda vətəndaşları qəbul edəcək

Nazir Xızıda vətəndaşları qəbul edəcək
  15 Yanvar 2019    Oxunub:3243
Mədəniyyət naziri Əbülfəs Qarayev Xızı şəhərində vətəndaşları qəbul edəcək.
Nazirlikdən Azvision.az -a verilən xəbərə görə, nazir yanvarın 25-də saat 11:00-da Heydər Əliyev Mərkəzində (Heydər Əliyev küçəsi, 37 ) keçiriləcək görüşdə Sumqayıt şəhəri, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayonlarının sakinləri iştirak edə bilər.

Vətəndaşların nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazılmaları mümkündür.

Qəbula gəlmək istəyən vətəndaşlar həmçinin adları çəkilən şəhər və rayonların mədəniyyət şöbələri ilə əlaqə saxlaya bilərlər.

Azvision.az


Teqlər: Nazir   Qəbul  





Xəbər lenti