Bakıda gənci bıçaqlayaraq öldürən 2 nəfər tutuldu

  15 Yanvar 2019    Oxunub : 1585
 Bakıda gənci bıçaqlayaraq öldürən 2 nəfər tutuldu
Yanvarın 11-də saat 16 radələrində paytaxtın Yasamal rayonu S.Əsgərova küçəsində 2 nəfərin münaqişə zəminində Saatlı rayon sakini Emin Şəmiyevi bıçaqla qətlə yetirib hadisə yerini tərk etmələri barədə daxil olan məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuşlar Vəli Əliyev və Füzuli Nəcəfov Şirvan şəhəri ərazisində saxlanılıblar.

F.Nəcəfovdan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb. Faktla əlaqədar cinayət işi başlanılıb.

Azvision.az

Teqlər: SİN   Qətl