Özünü yandıran 63 yaşlı kişi ruhi xəstə olub

   Özünü yandıran 63 yaşlı kişi ruhi xəstə olub
  14 Yanvar 2019    Oxunub:2418
Şəkidə özünü yandıraraq intihar edən 63 yaşlı Kiş kənd sakini Qorxmaz Nəsrullayev ruhi xəstə olub.
Bu barədə Azvision.az -a onun yaxını Namiq Həmidov məlumat verib. Bildirib ki, Q.Nəsrullayev uzun müddət xəstəxanada müalicə alıb.

“O, əvvəllər də xəstəxanada yatıb, bir müddət vəziyyəti yaxşı idi. Sonra yenidən problem yarandı, xəstəxanaya aparıldı. 4-5 ay olardı ki, evdə müalicə alırdı. Lakin son günlər canı ağrıyırdı, çox narahat idi. Mərhumun ailəsi, 2 oğlu və qızı var”.

Qeyd edək ki, Şəkinin Kiş kənd sakini 1956-cı il təvəllüdlü Qorxmaz Zəkəriyyə oğlu Nəsrullayev yaşadığı evdə özünü yandıraraq intihar edib. Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.

Aytən Zəhra
Azvision.az



Teqlər: Şəki   İntihar  





Xəbər lenti