Bərdə və Sabirabadda yanğın olub

Bərdə və Sabirabadda yanğın olub
  14 Yanvar 2019    Oxunub:1672
Bərdə və Sabirabad rayonlarında yanğın hadisəsi qeydə alınıb.
Azvision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bərdə rayonunda ümumi sahəsi 160 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin aynabəndinin lambirindən ibarət tavanı 20 m² sahədə, hamam otağının qapısı və pəncərə çərçivəsi yanıb.

Sabirabadın isə Qalağayın kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının döşəməsi 3 m² sahədə və içərisində 1 ədəd divan yanıb. Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti