Bakıda oteldə yanğın olub

Bakıda oteldə yanğın olub
  13 Yanvar 2019    Oxunub:2134
Paytaxtda yanğın hadisəsi qeydə alınıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Nərimanov rayonunda "Golden Shine" otelinin yerləşdiyi beşmərtəbəli binanın zirzəmisində qazanxananın ətrafında 5 p.m elektrik kabeli yanıb.

Qatı tüstü olduğundan oteldə olan vətəndaşlar yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

İlkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb. Yanğın saat 22:36-da yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az





Teqlər: FHN   Yanğın  





Xəbər lenti