DİM-də TOEFL imtahanı keçirilib

DİM-də TOEFL imtahanı keçirilib
  12 Yanvar 2019    Oxunub:3771
Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL imtahanı keçirilib.
Azvision.az xəbər verir ki, imtahan DİM-in inzibati binasında təlimata uyğun təşkil olunub.

İmtahanda 1 əcnəbi vətəndaş olmaqla 14 nəfər iştirak edib və imtahanın gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Qeyd edək ki, növbəti TOEFL imtahanının 2019-cu il yanvarın 26-da keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə edə bilərsiniz.

Azvision.az



Teqlər: DİM  





Xəbər lenti