Avtomobil oğruları saxlanılıb

Avtomobil oğruları saxlanılıb
  12 Yanvar 2019    Oxunub:2261
Binəqədi RPİ 6-cı PB, Gəncə şəhər BPİ, Tovuz RPŞ və Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 6-da Binəqədi rayonu ərazisindən “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Göygöl rayon sakini, əvvəllər məhkum olunan Fərman Abdullayev saxlanılıb.
DİN-dən Azvision.az -a verilən xəbərə görə, araşdırmalarla F.Abdullayevin qeyd edilən avtomobilin üzərinə özünə məxsus eyni markalı avtomobilin dövlət qeydiyyat nişanlarını bağlayıb satmaq məqsədi ilə Gəncə şəhərinin ərazisində tanışı, şəhər sakini, əvvəllər məhkum olunan Elnur Quliyevə verməsi, habelə dövlət qeydiyyat nişanlarını isə Kürdəmir rayonunun ərazisində tullaması, sonuncunun isə həmin avtomobili Tovuz rayon sakini, əvvəllər məhkum olunan İsa Əliyevə satması müəyyən edilib.

E.Quliyev Qusar rayonunun ərazisində, İ.Əliyev isə Tovuz rayonunun ərazisində saxlanılıb, qaçırılan “VAZ-2106” markalı avtomobil isə sonuncunun yaşadığı evin həyətində sökülmüş, ban və şassi nömrələri silinmiş vəziyyətdə tapılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti