Qanunsuz saxlanılan silah-sursat götürülüb

Qanunsuz saxlanılan silah-sursat götürülüb
  12 Yanvar 2019    Oxunub:2449
Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir .
DİN-dən Azvision.az -a verilən xəbərə görə, daxil olmuş məlumat əsasında Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən Qarağac kənd sakini Rəşid Mexparadzedən müvafiq sənədləri olmayan “İJ-16” markalı tüfəng götürülüb.

Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Qarasu kənd sakinləri Eldar Rəhimovdan “İJ-12”, Rüstəm Rəhimovdan isə “İJ-43” markalı ov tüfənglərii götürülüb. Faktlarla bağlı araşdırmalar aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti