Keçmiş məhkum əlində hind toyuğu ilə tutuldu

Keçmiş məhkum əlində hind toyuğu ilə tutuldu
  12 Yanvar 2019    Oxunub:2198
Cəlilabad RPŞ-yə rayonunun Yeni Yaşayış Massivi və ətraf ərazilərdən axşam saatlarında ev quşlarının oğurlanması ilə bağlı bir neçə məlumat daxil olmuşdu. Polisin sayıqlığı qısa zamanda öz nəticəsini verdi. Oğru elə əlindəki oğurluq hind toyuğu ilə birlikdə saxlanıldı.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, yanvarın 10-da axşam saatlarında şəhərin Ə. Abdullayev küçəsində xidmət aparan polis əməkdaşlarının diqqətini əlində iki hind toyuğu ilə gedən şəxs cəlb edir. Onun rayonun Əliqasımlı kənd sakini, əvvəllər məhkum olunmuş Rəfail Həsənov olduğu müəyyən edilib və ev quşlarını elə həmin ərazidə yaşayan Ş.Həbibova məxsus təsərrüfatdan oğurladığı məlum olub.

Rayon Polis Şöbəsinə gətirildikdən sonra isə o digər bu cür əməllərini də etiraf edib, ev quşlarının özünəməxsus üsulla oğurladığını bildirib. Belə ki, R.Həsənovun axşam saatlarında vətəndaşlara məxsus təsərrüfatlara daxil olaraq özü ilə gətirdiyi dəni səpərək yaxına gələn ev quşlarını oğurladığı məlum olub. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər:





Xəbər lenti