“Nəsimi Azərbaycan xalqının vəsiqəsidir” - Aqil Abbas

  “Nəsimi Azərbaycan xalqının vəsiqəsidir” -    Aqil Abbas
  12 Yanvar 2019    Oxunub:4121
"Nəsimini tanıtmaq ədəbiyyata qayıdış deməkdir"
Bunu Azvision.az -a millət vəkili Aqil Abbas Azərbaycanda 2019-cu ilin "Nəsimi İli" elan olunmasına münasibət bildirərkən deyib. Deputat ölkə başçısının qərarını dəstəklədiyini, Nəsiminin Azərbaycan üçün dahi şəxsiyyət olduğunu söyləyib.

“Nəsimi mənim üçün böyük filosofdur. Sadəcə olaraq fəlsəfəsini avropalılar kimi nəsrlə deyil, nəzmlə yazıb. O, əvəzssiz bir dühadır. Azərbayacan xalqının vəsiqəsdir. 2019-cu ilin "Nəsimi ili" elan olunmasına sevindim. Nəsiminin tanıdılması ilə bağlı təkcə Azərbaycanda deyil, ölkə xaricində də tədbirlər keçirilməlidir. Nəsimini tanıtmaq ədəbiyyata qayıdış deməkdir. Son zamanlar ədəbiyyatdan, klassikadan uzaqlaşmışıq. Televiziyadakı verilişlər buna imkan vermir . Bu cəhətdən "Nəsimi ili"nin elan olunmasının üstünlükləri var”.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Nəsimi-İli   Aqil-Abbas  





Xəbər lenti