Ölkədə buğdanın səpin sahəsi azalıb

  11 Yanvar 2019    Oxunub : 520
Ölkədə buğdanın səpin sahəsi azalıb
Ötən il dekabrın 1-i vəziyyətinə görə, 891306,9 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, səpin aparılan sahənin 98,3 faizini və yaxud 876 163,6 hektarını dən üçün payızlıq bitkilər təşkil edib. Onun isə 577 252,5 hektarı buğda, 298 702,1 hektarı arpa, 209,0 hektarı isə çovdar əkinlərinin payına düşür.

Ən çox buğda bitkisi Şəki şəhəri (43 689,2 hektar) və Cəlilabad (49 100 hektar), Füzuli (26 590,0 hektar), Şamaxı (23 426,5 hektar), İsmayıllı (22 079 hektar), Qobustan (21 231 hektar), Hacıqabul (18 767 hektar) rayonlarında, ən çox arpa bitkisi Şəki şəhəri (20348,5 hektar) və Neftçala (29485 hektar), Kürdəmir (26 800 hektar), Ağsu (13 602 hektar), Biləsuvar (12 745 hektar), Şamaxı (11 468 hektar), Hacıqabul (10 467 hektar) rayonlarında səpilib.

2017-ci ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 1,3 faiz, o cümlədən arpanın səpin sahəsi 6,5 faiz, çovdarın səpin sahəsi 2,7 dəfə artıb, buğdanın səpin sahəsi 1,2 faiz azalıb.

Azvision.az

Teqlər: KTN