Qubadakı qəzada 3 nəfər ölüb, 1 nəfər yaralanıb

Qubadakı qəzada 3 nəfər ölüb, 1 nəfər yaralanıb
  11 Yanvar 2019    Oxunub:1557
Yanvarın 10-da saat 9 radələrində Quba rayonunun Zərdabi kəndi ərazisində rayon sakinləri Pənah Məmmədovun idarə etdiyi “Ford Transit” və Ramil Seyidəhmədovun idarə etdiyi “VAZ-21010” markalı avtomobillər toqquşub.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, nəticədə R.Seyidəhmədovun sərnişinlərindən Şakir Abbasov və Coşqun Qasımov hadisə yerində, Nahid Tarverdiyev isə xəstəxanaya aparılarkən yolda ölmüş, R.Seyidəhmədov xəstəxanaya yerləşdirilmişdir.

Quba RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti