Türkiyə Azərbaycanda yeni məktəb açmaq istəyir

   Türkiyə Azərbaycanda yeni məktəb açmaq istəyir
  11 Yanvar 2019    Oxunub:3093
2018-ci ildə 2600 türkiyəli gənc əyani formada Azərbaycan universitetlərində təhsilini davam etdirir. Bunların bir qismi öz imkanları ilə, digər qismi isə imtahan verərək qəbul olub.

Azvision.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Mahmut Ağırman bildirib.
Müşavir, həmçinin qiyabi əsaslarla təhsil alan tələbələrin diplomlarının Azərbaycanda tanınmaması məsələsinə aydınlıq gətirib: “Türkiyədə əyani və qiyabi əsaslarla təhsil alan tələbələrin diplomları eynidir. Bildirimiz kimi, Anadolu Universiteti Azərbaycanda da tədris verir. Lakin Anadolu Universitetinin qiyabi formasından məzun olan tələbələrin diplomları tanınmır. Türkiyədə və dünyanın 33 ölkəsində bu diplomlar tanınır. Hər kəs əyani formada təhsil ala bilmir. Kimlərsə işləyir, həm də təhsil almaq istəyir. Təhsil Nazirliyinin Anadolu Universitetin diplomlarını tanımasını düşünürük. Daha çox insanın təhsil almasını istəyirik. Bü gün texnologiyanın inkişaf etdiyi dövrdə uzaq məsafələrdə təhsil almaq mümkündür”.

M.Ağırman Azərbaycanda yeni türk məktəbinin açılmasını təklif edib: “Şagirdlərə daha yaxşı təhsilin verilməsi üçün məktəbə ehtiyacımız var. Səfirlik və Təhsil Nazirliyi əlindən gələn köməyi edir. Ancaq, arzumuz odur ki, burada yeni türk məktəbi açılsın”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Türkiyə   Təhsil  





Xəbər lenti