Tərtər sakinindən xeyli silah-sursat götürülüb - FOTOLAR

  11 Yanvar 2019    Oxunub : 949
 Tərtər sakinindən xeyli silah-sursat götürülüb - FOTOLAR
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxsin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, yanvarın 10-da daxil olmuş məlumat əsasında Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz silah-sursat saxlayan rayon sakini Zöhrab Qəhrəmanov saxlanılıb.



Onun yaşadığı ünvana baxış keçirilən zaman evin həyətində yerləşən yardımçı tikilidən qanunsuz olaraq saxladığı 1 ədəd 7.62 kalibrli “Kalaşnikov” avtomatı, 2 ədəd sandıq və 7.62 kalibrli 625 ədəd döyüş patronları, eləcə də 1 ədəd Toz-8 markalı tüfəng aşkar edilərək götürülüb.



Götürülmüş silah-sursat maddi sübut kimi ekspertizaya təqdim olunub. Faktla bağlı Tərtər RPŞ-də istintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.






Azvision.az

Teqlər: DİN   Silah