“Azeri Light”ın qiyməti 63 dolları ötüb

  11 Yanvar 2019    Oxunub : 1000
 “Azeri Light”ın qiyməti 63 dolları ötüb
Dünya birjalarında neftin qiyməti cüzi ucuzlaşıb.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,19% ucuzlaşaraq 61,56 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,11% azalaraq 52,53 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,86 dollar bahalaşaraq 63,35 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft