2 nəfər evdə halsız vəziyyətdə tapıldı

2 nəfər evdə halsız vəziyyətdə tapıldı
  11 Yanvar 2019    Oxunub:1373
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 2 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-nin saytına istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və vətəndaşları halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Azvision.az




Teqlər: FHN   Xilasetmə  





Xəbər lenti