Şəmkirdə 2 nəfər körpüdən yıxılıb, biri ölüb

  10 Yanvar 2019    Oxunub : 1083
 Şəmkirdə 2 nəfər körpüdən yıxılıb, biri ölüb
Şəmkir rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Göygöl rayonunun Balçılı ərazisində yerləşən şadlıq saraylarının birindən çıxan Şəmkir rayon sakinləri - 1981-ci il təvəllüdlü Mehdixanov Ramin Məzahir oğlu və 1980-ci il təvəllüdlü Rəsulov Ramin Çoban oğlu rayonun Seyfəli kəndinə gedən yolda olan körpüdən yıxılaraq ağır xəsarət alıblar.

Hər iki şəxs xəstəxanaya aparılsa da onlardan biri - R.Mehdixanov ölüb, digər şəxs isə ağır halda Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib. Faktla bağlı araşdırma aparılır.(Report)

Azvision.az

Teqlər: Şəmkir   Körpü