Silsilə oğurluqlar edən şəxs tutuldu

Silsilə oğurluqlar edən şəxs tutuldu
  10 Yanvar 2019    Oxunub:1512
Yanvar ayının 3-də və 8-də Ağcabədi rayonu ərazisində yerləşən bir neçə mağazadan oğurluq olması barədə RPŞ-yə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, əməliyyat qrupu yaradılıb, oğurluq olan mağazalara baxış keçirilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 3 mağazadan pul, ərzaq məhsulları və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Ağcabədi şəhər sakini Uluxan Behbudov və Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elmir Qafarov saxlanılıb.



Davam etdirilən əməliyyat tədbirləri nəticəsində E. Qafarovun idarə etdiyi “VAZ-2106” markalı avtomobildən isə “Reck” markalı pnevmatik tapança aşkar edilərək götürülüb. Faktla bağlı Ağcabədi RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DİN   oğurluq  





Xəbər lenti