Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb

  10 Yanvar 2019    Oxunub : 607
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Dünya birjalarında neftin qiyməti düşüb.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,58 dollar ucuzlaşaraq 60,86 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,59 dollar azalaraq 51,77 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2,86 dollar bahalaşaraq 62,49 dollar olub.

Azvision.az

Teqlər: Neft