Saatlıda 2 evi yaran keçmiş məhkum tutuldu

Saatlıda 2 evi yaran keçmiş məhkum tutuldu
  10 Yanvar 2019    Oxunub:1951
Saatlı rayon Qarayevkənd kənd sakini Ramil Əzizov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı evdən 80 manat dəyərində məişət əşyalarının oğurlandığını bildirib.
DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Azvision.az -a verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayonun Orta Muğan kənd sakini, əvvəllər məhkum olunmuş Hüseyn Hüseynzadə saxlanılıb. Dindirilmə zamanı H. Hüseynzadə törətdiyi cinayət əməlini etiraf edib.

Aparılan araşdırmalar zamanı onun digər oğurluq əməlində də iştirakının olduğu məlum olub. Belə ki, onun ötən il dekabr ayının 30-da başqa bir mənzildən ümumi dəyəri 2070 manat olan qızıl-ziynət və məişət əşyalarını oğurladığı məlum olub. Oğurladığı əşyalar ondan maddi sübut kimi götürülüb. Faktla bağlı Saatlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti