Bakıda avtobus qadın piyadanı vurub

  Bakıda avtobus qadın piyadanı vurub
  10 Yanvar 2019    Oxunub:2660
Bu gün səhər saatlarında paytaxtda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az xəbər verir ki, Nəsimi rayonu ərazisində, "28 Mall" ticarət mərkəzinin yaxınlığında hərəkət edən 85 nömrəli marşrut avtobusu yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən qadını vurub. Avtobus aşağı sürətlə hərəkət etdiyindən qadın yüngül xəsarət alıb. Yaxınlıqdakı insanlar ona yardım ediblər.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Avtobus   Qəza  





Xəbər lenti