DİN regionlarda 261 səyyar xidmət təşkil edib

DİN regionlarda 261 səyyar xidmət təşkil edib
  10 Yanvar 2019    Oxunub:1591
Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı ilə ölkəmizin şəhər və rayonlarında ümumvətəndaş pasportlarının verilməsi və etibarlılıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi istiqamətində işlər ötən il ərzində də uğurla icra olunub.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, bölgələrdə fəaliyyət göstərən daimi mərkəzlərlə yanaşı, hər bir regional şöbə tərəfindən ətraf rayonları da əhatə edən səyyar xidmətlər təşkil olunub.

Baş Pasport Qeydiyyat və Miqrasiya idarəsinin Göyçay regional mərkəzi tərəfindən də 2018-ci il ərzində ümumilikdə 10517 sənəd qəbul edilib ki, onlardan 5879-u şöbədə verilib. Göyçayla yanaşı Zərdab, Kürdəmir və Ağdaşı da əhatə edən regional mərkəzin əməkdaşları tərəfindən mütəmadi olaraq səyyar xidmətlər təşkil edilib.

Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan 261 səyyar xidmət zamanı isə ümumilikdə 4638 pasport vətəndaşlara təqdim olunub. Bu istiqamətdə tədbirlər cari il ərzində də davam etdirilir.

Azvision.az


Teqlər: DİN   Pasport  





Xəbər lenti