Maşınla vurulan piyada xəstəxanada öldü

Maşınla vurulan piyada xəstəxanada öldü
  09 Yanvar 2019    Oxunub:1751
Yanvarın 8-də saat 17 radələrində Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində Abad kənd sakini Rza Qasımov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Mənsur Hacıyevi vurub.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən xəbərə görə, nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Ağdaş RPŞ tərəfindən araşdırma aparılır.


Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti