“Sovetski”də ailə faciəsi: 3 nəfərin öldüyü partlayış yerindən FOTOLAR

     “Sovetski”də ailə faciəsi:    3 nəfərin öldüyü partlayış yerindən    FOTOLAR
  09 Yanvar 2019    Oxunub:15370
Bu gün səhər saatlarında Bakı şəhərinin Yasamal rayonunda, "Sovetski" kimi tanınan ərazidə baş vermiş partlayışa qaz sızmasının səbəb olduğu bildirilir.

Azvision.az -ın hadisə yerində olan əməkdaşına sakinlər deyiblər ki, ötən gün axşam həmin ərazidə qazın verilişi kəsilib, yalnız gecə saatlarında bərpa olunub.
Ehtimal olunur ki, faciəyə qaz sızması səbəb olub.

“Ola bilər ki, axşam qazı bağlamayıblar, nəticədə qaz sızması olub. Ailənin 2 qız uşağı var. Hadisə baş verən gecə böyük qız evdə olmayıb. Kiçik qız tüstüdən zəhərlənmişdi. Onu havaya çıxardıq, amma gec idi. Həyatını xilas etmək mümkün olmadı", - qonşular bildiriblər.



Onların sözlərinə görə, “Sovetski”də evlərin söküntüsü ilə əlaqədar tez-tez qazın verilişi dayandırılır və belə hadisələr yaşanır.

Hazırda Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri hadisə yerində araşdırma aparırlar. Partlayışın dəqiq səbəbi araşdırma başa çatdıqdan sonra məlum olacaq.



Qeyd edək ki, Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 72 m² olan birmərtəbəli 2 otaqlı, taxta konstruksiyalardan ibarət evdə yanğınla nəticələnən partlayış baş verib. Yanğın nəticəsində evin yanar konstruksiyaları yanıb. Hadisə zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 1956-cı il təvəllüdlü Məmmədov Aydın Əjdər oğlu, 1962-ci il təvəllüdlü Məmmədova Xuraman Cahangir qızı və 1993-cü il təvəllüdlü Məmmədova Aygün Aydın qızının meyitləri aşkar edilib.

































Şahanə Rəhimli
FOTO: Şahin Sərdarov

Azvision.az


Teqlər: Sovetski   Partlayış  





Xəbər lenti