Qanunsuz ov etmək istəyən şəxs saxlanıldı

Qanunsuz ov etmək istəyən şəxs saxlanıldı
  08 Yanvar 2019    Oxunub:1945
Yanvarın 6-da daxil olmuş məlumat əsasında Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz ov edən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, Qusar rayonunun Cağar kəndinin meşə zolağında qanunsuz ov etmək istəyən rayonun Çiləgir kənd sakini Bəhmən Hacıyev saxlanılaraq şöbəyə gətirilib. Ondan bir ədəd “Churchill” markalı ov tüfəngləri götürülüb.

Saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edilib.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti