Quldurluq edən şəxs saxlanılıb

Quldurluq edən şəxs saxlanılıb
  08 Yanvar 2019    Oxunub:1681
Yanvarın 7-də Bərdə rayon sakini Murad Quluzadə RPŞ-yə ərizə ilə müraciət edərək naməlum şəxsin ona zor tətbiq edərək mobil telefonunu götürüb qaçdığını bildirib.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, faktla bağlı dərhal əməliyyat qrupu yaradılıb. Peşəkarlıqla və “isti izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq edən şəxsin Bərdə rayon sakini Rəşad Əhməədov olduğu müəyyən edilib.

Dindirilmə zamanı o törətdiyi əməli etiraf edib. Mobil telefon maddi sübut kimi götürülüb. Faktla bağlı Bərdə RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti