Oğrunun başqa cinayətləri də üzə çıxdı

Oğrunun başqa cinayətləri də üzə çıxdı
  08 Yanvar 2019    Oxunub:2012
Oğurluq etdiyinə görə saxlanılmış şəxsin digər cinayət əməlləri aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, Səddam Nəzərli oğurluq etdiyinə görə Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən tutulub.

Aparılmış əməliyyat tədbirləri ilə onun ötən il oktyabrın 16-dan noyabrın 23-dək olan müddətdə üç nəfərin bank kartlarından ümumilikdə 649 manatı çıxararaq oğurlaması da müəyyənləşdirilib. Faktla bağlı istintaq aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti