Evdən 10 minlik qızıl oğurlayan dəstə ələ keçdi

Evdən 10 minlik qızıl oğurlayan dəstə ələ keçdi
  07 Yanvar 2019    Oxunub:1604
Gəncədə evdən külli miqdarda qızıl oğurlanıb.
DİN-dən Azvision.az -a verilən xəbərə görə, Baş Cinayət Axtarışı İdarəsi, Gəncə ŞBPİ və Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 24-də şəhər ərazisindəki evlərin birindən 800 manat, 10.000 manat dəyərində qızıl-zinət əşyaları və parfümeriya oğurlamaqda şübhəli bilinən Daşkəsən rayon sakini Elnur Nuriyev, Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Vüsal Əliyev və Əliyar Əliyev saxlanılıblar.

Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti