Maşınlardan oğurluq edənlər saxlanılıb

Maşınlardan oğurluq edənlər saxlanılıb
  07 Yanvar 2019    Oxunub:1919
Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 7-də şəhər ərazisində “Opel” markalı avtomobildən sənəd oğurlamaqda şübhəli bilinən şəhər sakini Emin Duduyev saxlanılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə,ıtrafında aparılan tədbirlərlə onun ötən il oktyabrın 29-da “BMW” markalı avtomobildən 400 manat və maqnitafon oğurlaması da müəyyən edilib.

Bundan başqa oğurluq etdiyinə görə tutulan Abdul Məmmədovun ətrafında Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il iyunun 6-da və dekabrın 17-də şəhər ərazisində “Mercedes” markalı avtomobildən mobil telefon və İnşaatçılar qəsəbəsindəki orta məktəblərin birindən 1 ədəd kompyuter oğurlaması da müəyyən edilib.

Azvision.az


Teqlər: DİN   oğurluq  





Xəbər lenti