Sumqayıtda yanğın baş verib

Sumqayıtda yanğın baş verib
  06 Yanvar 2019    Oxunub:1983
Sumqayıtda ofis kimi fəaliyyət göstərən tikilidə və ona bitişik kafedə yanğın olub.
FHN-dən Azvision.az -a verilən məlumata əsasən, şəhərdə ümumi sahəsi 54 m² olan tikilinin (ofis kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisində 1 ədəd məişət avadanlığı, ona bitişik ümumi sahəsi 70 m² olan kafenin lambirdən ibarət tavanı 10 m² sahədə yanıb.

Kafenin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti